Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir. 

 

Milli Hidrometeorologiya Xidmətdən APA TV-yə verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-24, gündüz  35-40, Bakıda  gecə 21-23, gündüz  38-40 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan  aşağı 752  mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz  25-35 faiz təşkil edəcək.

 

Rayonlarda da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv