Sabaha olan hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 1-5, gündüz 10-15 dərəcə isti olacaq.