Sabaha olan hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz  40-45 faiz təşkil edəcək.   

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  22-27 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında  meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv