Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, 

arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 9-12, gündüz 15-19, Bakıda  gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  45-50 % olacaq.  

 

Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv