Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 11-14, gündüz  21-25, Bakıda  gecə 12-14, gündüz  22-24 dərəcə isti gözlənilir.

 

Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80 %, gündüz 40-45% olacaq.   

 

Rayonlarda isə hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17, gündüz  25-30, dağlarda gecə 6-11, gündüz  15-20 dərəcə isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv