Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub  küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 13-16, gündüz  21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa  enəcək. Nisbi rütubət  70-75 %, gündüz 40-45% olacaq.   

 

Rayonlarda da sabah əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı,  dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 12-16, gündüz  25-30, dağlarda gecə 6-11, gündüz  17-22 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv