Sabaha olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu   Abşeron yarımadasında  gecə 20-24, gündüz  25-27, Bakıda  gecə 20-22, gündüz  25-27 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.  

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif | Apa.Tv
Apa.tv