Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-şərq küləyi əsəcək. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz təşkil edəcək. 

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  12-16 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 13-14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv