Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

                                            

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. 

 

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz təşkil edəcək. 

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi,  gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv