Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.   

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.  

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz  21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq. 

  

Sabah rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi,  gecə və səhər bəzi yerlərdə  duman olacağı  gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz  16-21 dərəcə  isti olacaq.  

 

Müəllif | Apa.Tv
Apa.tv