Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.  

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

 

Havanın temperaturu  gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz  16-21 dərəcə  isti olacaq.  

 

Müəllif | Apa.Tv
Apa.tv