Sabaha olan hava proqnozu açıqlanıb

Sabah  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.  

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 80-90, gündüz  60-70  faiz təşkil edəcək.  

 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

 

Havanın temperaturu  gecə 1-5,  gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Müəllif | Apa.Tv
Apa.tv