Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq. 

 

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 1-5, gündüz 8-12, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Yanvarın 15-ə olan məlumata əsasən, cənub-qərb küləyi Yardımlıda arabir 30-32 m/s, Tərtərdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə, Neftçala, Naftalanda 20 m/s, Ağstafa, Lerik, Tovuzda 18 m/s, Göytəpə, Xaltanda 17 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir 18 m/s-dək güclənib.

 

Müəllif | Apa.Tv
Apa.tv