Sabahdan temperatur yüksələcək – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər  bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-8 dərəcə isti, Bakıda  gecə 0 dərəcəyə yaxın,  gündüz  6-8 dərəcə isti olacaq.

 

Rayonlarda isə hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə  5-10 dərəcə şaxta, gündüz  5-9 dərəcə isti,  dağlarda gecə 12-17, gündüz  0-5 dərəcə şaxta  olacaq.  

Müəllif | Apa.Tv
Apa.tv