Sabahın hava proqnozu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 13-15° isti, gündüz 21-26° isti, Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv