Sabahın hava proqnozu açıqlandı

Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi  arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Bakıda isə gecə 5-7° isti, gündüz 13-15° isti gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti  olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv