Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.