Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu  gecə 6-9, gündüz  12-15, Bakıda  gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

 

Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq. Qərb  küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv