Sabiq icra başçısının oğlu keçmiş arvadını bıçaqladı - BAKIDA
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində baş verib.
Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb. Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, Dilarə Bəhmənova keçmiş həyat yoldaşı Ceyhun Bəhmənov tərəfindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, Ceyhun Bəhmənov Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.