Sabiq icra başçısının vəziyyəti ağırlaşdı - 1 dəqiqə 10 xəbər 11:00 buraxılışı

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tvitter hesabında paylaşım edib

 

“Google”ın əsas səhifəsi Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib

 

Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq

 

Koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Haciyevin vəziyyəti ağırlaşıb, o reanimasiyaya yerləşdirilib

 

Bu il respublikada 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb

 

Tayvanda daşqınlar ikisi yeniyetmə olmaqla 4 nəfərin həyatına son qoyub

 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib

 

Rusiyanın Perm diyarının yaxınlığında məktəblərin birində atışma olub, xəsarət alan olmayıb

 

Hindistanlı Jivunben Rabari  70 yaşında ilk övladını dünyaya gətirib

 

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 241 475 752 nəfərə çatıb

 

 

Müəllif | Apa.Tv
Apa.tv