Sabiq prezident: “Ukraynada Avropanın təhlükəsizliyini pozan müharibənin şahidi oluruq”

Balkan ölkələrinin Avropa İttifaqına daxil olması hər hansı problem və hətta toqquşma baş verməmiş bütün region ölkələrinin müzakirəsi üçün ümumi platforma yaradacaq. Bunu X Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Aİ kontekstində Qərbi Balkan regionu" adlı panel müzakirəsində çıxışı zamanı Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç deyib. O vurğulayıb ki, regionun bir çox ölkəsi öz gələcəyini Aİ-nin bir hissəsi kimi görür.

Çexiyanın keçmiş Baş naziri Jan Fişer paneldə çıxışında bildirib ki, onun arzusu Qərbi Balkanların Aİ-yə tam inteqrasiya etməsini görməkdir. O əlavə edib ki, "Brexit"dən sonra Aİ regionunda populizmin artması müşahidə olunur, bu bəzən ekstremizm formasını alır.

Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov paneldə çıxışında bildirib ki, Qərbi Balkanların Aİ-yə inteqrasiyası məsələsi artıq uzun müddətdir gündəlikdədir. O, Aİ və Ukrayna arasında üzvlüklə bağlı prosesə də toxunaraq deyib ki, Avropa Komissiyası Ukraynanın üzvlük prosesini təqdir edir, ciddi irəliləyişin olduğunu vurğulayır, ancaq Avropa Komissiyasının prezidenti üzvlük kriteriyalarını unudur.

Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku panel müzakirəsində çıxışında deyib ki, Qərbi Balkanların Aİ-yə inteqrasiyaı baş tutmayınca Avropa təhlükəsiz olmayacaq. "İnteqrasiya prosesi üçün həmrəylik göstərilməsi vacibdir".

 

Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç Durisiç çıxışında ölkəsinin Avropa İttifaqına inteqrasiyası barədə

danışıb. "Bu region Aİ-yə qoşularsa ona töhfə verəcək, yeniliklər gətirəcək, Aİ regiona problem kimi baxmamalıdır", o əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv