Sabir Rüstəmxanlı: “Bu gün dünyaya demokratiyadan dəm vuran Avopa ölkələrinə Türkiyə dərs verib”
“Azərbaycan 1918-20-ci illərdə demokratik seçki ənənələrini yaratdı. Müstəqilliyi bərpa edəndən sonra da yeni seçki ənənələrini formalaşdırır”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda bütün müsbət tendensiyaları görməzdən gələn, Ermənistanı müdafiə edən böyük güclər var: “Baydenin seçilməsi ilə bağlı legitimik hələ də sual altındadır. Bu gün dünyaya demokratiyadan dəm vuran Avopa ölkələrinə Türkiyə dərs verib”.