Sabirabad sakini Kürdə batdı – FHN AXTARIŞLARA BAŞLADI
Sabirabad rayon sakini Kürdə batıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabadın Poladtuğay kənd sakini, 1963-cü il təvəllüdlü Cəmaləddin Aslanov Kürdə batıb.
Həmin şəxsin axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müraciət edilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda axtarışlar davam etdirilir. Faktla bağlı araşdırma aparılır.