Sabirabadda 26 yaşlı gənc qohumu tərəfindən qətlə yetirilib

Sabirabad rayonunda qətl törədilib. Sabirabadda 26 yaşlı gənc qohumu tərəfindən qətlə yetirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi dekabrın 11-də saat 22.00 radələrində  Sabirabad rayonunun Qaragüney kəndində baş verib. Qaragüney kənd sakini, 1998-ci il təvəllüdlü Muradov İftixar İfram oğlu münaqişə zəminində əmisi nəvəsi, 1994-cü il təvəllüdlü Nuruşov Sakit Elşad oğlunu  ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. Qətl hadisəsi İftixar Muradovun yaşadığı evin həyətində baş verib. Bir müddət əvvəl qohumlar arasında yaranan mübahisə qanla bitib. Sakit Nuruşov sərxoş vəziyyətdə onların həyətinə gəlib, onunla birgə atası Elşad Nuruşov da oğlunu sakitləşdirmək üçün həyətə gəlib. İftixar söyüş söydüyünə görə Sakiti atasının yanındaca bıçaqlayaraq qətlə yetirib. Sonucu qanaxmadan elə hadisə yerində keçinib.

 

Ölən şəxsin meyiti Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.

 

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv