Sabirabadda 64 yaşlı kişi Kürdə boğuldu
Sabirabadda 64 yaşlı kişi Kürdə boğulub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu kənd sakini, 1956-cı il təvəllüdlü Teymur Soltanov Kür çayının sahilində özünü sərinlətmək istəyərkən sürüşərək suya düşüb.
Şahidlərin bildirdiyinə görə, o sudan çıxa bilməyib və boğulub. Hazırda suda batan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.