18:56 22 iyun 2022 229
Ana səhifə Xəbərlər

SABİRABADDA ATA VƏ YENİYETMƏ OĞULU GÜLLƏLƏNİB

Sabirabadda ata və yeniyetmə oğulu güllələnib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı ərazi vahidliyinin Qarağac  kəndində heyvan obasında  baş verib. Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun  yeniyetmə oğlu 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib. Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora tərəf gələrək əlindəki qoşalülə tüfəngi yerə atıb bu zaman tüfəngdən avtomatik açılan atəş onları - ata və oğulu ayaqlarından yaralayıb. Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu əvvəlcə Şirvan şəhər xəstəxanasına aparılıb, oradan isə Bakıya Respublika Klinik xəstəxanasına yola salınıb.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

 

Əlibəy Zeynallı, APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın