Sabirabadda avtomobil 13 yaşlı yeniyetməni vurdu

Sabirabadda avtomobil 13 yaşlı yeniyetməni vurub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. "Hyundai" markalı avtomobil yol kənarında alça satan kənd sakini, 2007-ci il təvəllüdlü Əmirov Səyyad Mübariz oğlunu vurub.

S.Əmirov ağır kəllə-beyin travması, sol bud sümüyünün açıq qəlpəli sınığı, travmatik şok diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv