Sabirabadda avtomobil kanala aşdı

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 4.30 radələrində Sabirabad rayonunun Ələmbəyli kəndində qeydə alınıb. Sabirabad rayonunun Bala Həşimxanl kənd sakini, 1987-ci il təvəllüdlü Pənciyev Namiq Əlihüseyn oğlunun idarə etdiyi 18 BE 863 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itməsi nəticəsində kanala aşıb. Nəticədə sürücü və sərnişini - Bala Həşimxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Yaqubov Vüsal Rüstəm oğlu avtomobildə boğularaq ölüblər.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

Əlibəy Zeynallı

Müəllif | Apa.Tv
Apa.tv