Sabirabadda avtomobil kanala aşıb, sürücü ağır xəsarət alıb
Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb. Sürücünün sərxoş olduğu bildirilir.
Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.