Sabirabadda avtomobilin yoldan çıxması sürücünün ölümünə səbəb oldu

 

Sabirabadda avtomobilin yoldan çıxması sürücünün ölümünə səbəb oldu – APA TV Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-nəqliyyat hadisəsi rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, sürücü 28 yaşlı Sabir Məmmədov hərəkətdə olan zaman minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Sürücü hadisə yerində keçinib. Avtomobildə olan Şəhriyar kənd sakini 32 yaşlı Dostu İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı, Orxan Aslan, APA TV

Müəllif | Apa.Tv
Apa.tv