Sabirabadda dəhşətli qətl - ƏR ARVADINI BALTALAYARAQ ÖLDÜRDÜ

Sabirabadda ər arvadını ona xəyanət etdiyinə görə qətlə yetirib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Hacıbəbir kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Təranə Məmmədovanı ot tayasının yanına apararaq elə oradaca baş nahiyyəsindən 3 balta zərbəsi endirərək qətlə yetirib.

Yaxınlarının sözlərinə görə, Eyvaz Məmmədov Türkiyəyə işləməyə gedibmiş və xeyli müddət orda qalıb. Pandemiyaya görə, sərhədlərin bağlı olduğundan o, avqustun 8-də evinə dönə bilib. Geri döndükdən sonra isə qohumlarından həyat yoldaşı ilə bağlı xoşagəlməz xəbərlər alıb.

Qeyd edək ki, onların birgə nikahından 2 övladları var.

Eyvaz Məmmədov özü polisə təslim olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv