Sabirabadda güclü yanğın: 6 mağaza kül oldu
Sabirabadda güclü yanğın baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə iyulun 16-da səhər saat 6:15 radələrində Sabirabaddakı ticarət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb.
Yanğın zamanı 2 böyük ərzaq və 4 geyim satılan mağazaya ciddi ziyan dəyib.
Ümumilikdə yanğın 1200 kv. metrdən çox ərazini əhatə edib. Yanğının söndürülməsinə yaxın 5 rayonun - İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərindən YMX-nın texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda hadisə yerində istintaq tədqiqat işləri aparılır. Yanğın nəticəsində sahibkarlara ziyan dəyib:
Yanğın 9:00 radələrində tam lokallaşdırılıb və ticarət mərkəzinə keçməsinə imkan verilməyib.
Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Yanğına ilkin ehtimallara görə soyuducuların naqillərində baş verən qısaqapanma səbəb olub.