Sabirabadda iki gün öncə Kürdə batan şəxsin meyiti sudan çıxarıldı

Kür çayının Sabirabad rayonu Qruzma kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti sudan çıxarılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, iyunun 14-də Kür çayında batan Sabirabad sakini, 1989-cu il təvəllüdlü İlham Abdullayevin meyiti bu gün səhər saatlarında Sabirbad rayonunun Bulduq kəndi ərazisində aşkar edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhumun 2 qız övladı var.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv