Sabirabadda narkotacirlər yaxalandı
Sabirabadda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş məhkum, 1983-cü il təvəllüdlü Ramil Qənbərov tutulub. Onun üzərinə baxış zamanı 80 qrama yaxın heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Ramil Qənbərov istintaqa ifadəsində narkotik vasitəni Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü əvvəllər də məhkum olunan Valeh Həsənovdan 1240 manata aldığını bildirib.
Keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.