Sabirabadda taxta-qapı pəncərə sexində yanğın baş verib

Sabirabadda istehsal sexində yanğın baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən plastik və taxta qapı-pəncərə istehsal edilən sexdə qeydə alınıb.

 

Yanğın zamanı ümumi sahəsi 1200 kvadratmetr olan, bir dam altında tikilən, müxtəlif təyinatlı ticarət obyektlərinin tavanı 160 kvadratmetr sahədə yanıb. Eyni zamanda, ərazidə olan materiallara da ziyan dəyib.

 

Yanğın Sabirabad Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Bitişik mağazalar yanğından mühafizə olunub.

 

Hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv