Sabirabadda yük avtomobili aşıb - SÜRÜCÜ XƏSARƏT ALDI
Sabirabadda yük avtomobili aşıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. "Shacman" markalı yük avtomobili "Vito Mercedes" markalı avtomobillə toqquşub. Qumla yüklənmiş yük avtomobili aşıb, qum yola dağılıb. Yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.