Sabirabadda zəncirvari qəzada sürücü ölüb, 4 nəfər xəsarət alıb

Sabirabad rayonunun Nizami kəndində ağır yol qəzası baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunda Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.

 

Bakı sakini, 1976-cı il təvəllüdlü Hacıyev Bəxtiyar Ağabala oğlunun idarə etdiyi "Kia" markalı avtomobillə  və Sabirabad rayonunun Moranlı kənd sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Samir Fərhad oğlunun idarə etdiyi "VAZ 2115" avtomobillər sürətlə hərəkətdə olarkən toqquşublar və daha sonra VAZ 21015 markalı avtomobil Shacman markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "VAZ 2115" markalı avtomobilin sürcüsü hadisə yerində ölüb.

 

Digər avtomobilin sürcüsü və sərnişinlər Bakı sakinləri, 1986-cı il təvəllüdlü Səfərov Rəşad Elbrus oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Əli Mövlud oğlu, 1979-cu il təvəllüdlü Hacıyev Bayram Nazim oğlu və 1976-cı il təvəllüdlü Hacıyev Bəxtiyar Ağabala oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv