Sabirabdda ticarət mərkəzində güclü yanğın baş verib
Sabirabad şəhərinin mərkəzi hissəsinə yaxın ərazidə yerləşən ticarət mərkəzində yanğın olub.
APA TV-nin Mil-Muğan bürosu məlumat verir ki, saat 22 radələrində Sabirabad şəhərinin topdan və pərakəndə satış mərkəzində güclü yanğın hadisəsi baş verib. Yanğn zamanı 200-ə qədər ticarət obyekti yanğna məruz qalıb. Hal-hazırda ətraf ryonların yanğınsöndürmə xidmətləri yanğının söndürülməsinə cəlb olunub.
Bazarda yerləşən obyektlərdən birində baş verən yanğın tez bir zamanda digər obyektlərə keçib. Ticarət mərkəzinin çox hissəsi yanaraq külə dönüb. Sahibkarlara milyonlarla ziyan dəyib. Onlardan çoxunun yanğın hadisəsindən sığrorta müqaviləsi olmadığı bildirilir. Bəzi mağazalarda sahibkarlar tərəfindən malların bir hissəsi yanğından mühafizə edilib. Yanğın nəticəsində ticarət obyektləri və orda olan avadanlıqlar yanaraq sıradan çıxıb.
Yanğın zamanı hadisə yerinə FHN-in texnika və canlı qvvəsi, polisin şəxsi heyəti, tibb işçiləri cəlb olunub. Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, əlavə yanğından mühafizə qüvvələrinin vaxtında cəlb edilməsi və yanğınsöndürənlərin peşəkar fəaliyyətləri sayəsində yanğının genişlənərək digər obyektlərə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinə imkan verilməyib.
Yanğının fəsadların aradan qaldırmaq və digər məsələrin həll olunması üçün komissiyanın yaradılması gözlənilir.
Əlibəy Zeynallı
Elçin Həsənov