13:36 25 mart 2023 375
Ana səhifə Xəbərlər

Şabranda ağır qəza, ölən var

Şabranda ağır yol qəzası baş verib.

 

Hadisə rayonun Uzunboyad kəndi ərazisində qeydə alınıb. Qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb.

O hadisə yerində ölüb.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın