Şabranda ana və oğlu güllələnərək öldürülüb

Şabran rayonunda qətl hadisəsi qeydə alınıb.  

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zeyvə kəndində baş verib. 

Kənd sakini, 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu kənd sakinləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib. 

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir. 

Müəllif | Apa.Tv
Apa.tv