Şabranda bir ailə ölümdən döndü - DƏNİZDƏ BATACAQDILAR
Xəzər dənizinin Şabran rayonu sahilində çimərkən boğulmaq təhlükəsi ilə üzləşən bir ailə son anda xilas edilib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə dənizin Şabranın Xəlli kəndi sahilində qeydə alınıb.
Dənizdə batmaq təhlükəsi olan Şabran rayon sakinləri 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlunun vəziyyəti daha ağır olduğundan onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən uşaqların vəziyyəti normaldır.