Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər yaxalandı
Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər yaxalanıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun Qorğan kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Rəsul Əmrullayev, Səxavət Ağayev, Həzrət Quliyev və Qalib İsmiyev saxlanılıblar.
Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər meşə massivində yetişən yaş gövdəli fıstıq ağaclarını kəsərək, Rəsul Əmrullayevə məxsus “Zil 131” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı araşdırmalar aparılır.