Şabranda polis əməliyyat keçirdi – NARKOTİK BECƏRƏN 3 NƏFƏR YAXALANDI
Şabran Polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan üç rayon sakinini saxlayıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Rauf Əliyev yaşadığı evin yaxınlığında saxlanılıb. Onun evindən bir kiloqrama yaxın qurudulmuş marixuana və kibrit qutularında saxladığı çətənə bitkilərinin toxumları, həyətindən isə 15 ədəd çətənə bitkisi aşkarlanıb.
Keçirilən digər əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli daha iki rayon sakini – Samir Məmmədov və Bəhruz Babayev saxlanılıb.
Samir Məmmədovun üzərindən altı bükümdə qurudulmuş marixuana, Bəhruz Babayevə məxsus evdən isə dörd ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı saxlanılan hər bir şəxs barəsində cinayət işi başlanılıb.