​​​​​​​Şabranda təcili tibbi yardım maşını qəzaya uğrayıb

Şabran rayonu ərazində yol nəqliyyat hadisəsi baş verib.

Təcili tibbi yardım maşını ilə minik avtomobili toqquşub. Qəza zamanı təcili tibbi yardım maşını ilə Bakıya aparılan ağır xəstə 1955-ci il təvəllüdlü Rəfi Məmmədov göstərilən ilkin tibbi yardıma baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv