Şabranda üzərinə hasar aşan 10 yaşlı uşaq ölüb
Şabran rayonunda bədbəxt hadisə baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhərin Məhəmməd Əsədov küçəsində 2011-ci il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlu hasar aşması nəticəsində ölüb. 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu isə xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.