Şabranda velosipedçini avtomobil vurdu

Şabranda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın şimal bürosu xəbər verir ki, Asim Qurbanov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə velosipedçini vurub. Zərərçəkən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv