Şabrandakı yanğını görün kim TÖRƏDİBMİŞ

Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.

 

Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyəti qurumları məlumatlandırmayıb. Polis əməkdaşları tərəfindən Elnur Nuriyevin barəsində inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv