Şad xəbər: 62 kəndə qaz veriləcək

Qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

 

Bunu "Açıq qapı" aksiyasında "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşdırma şöbəsinin rəisi Teymur Cəfərov deyib. Onun sözlərinə görə, 2022-ci ildə 69 kəndin qazlaşması planlaşdırılıb. Plan üzrə onlardan 35-də iş gedir, bir kəndə isə qaz verilib.

 

TEYMUR CƏFƏROV "AZƏRİQAZ" İB-NİN YENİ QAZLAŞDIRMA ŞÖBƏSİNİN RƏİSİ

“5 ayın nəticələrinə görə, ümumi ölkə üzrə istehlak olunmuş qazın  yığım səviyyəsi 101% təşkil edir. Əhali sektoru üzrə 99.5%  qeyri-əhali sektoru üzrə isə 103% təşkil edir. Ötən illə müqayisə etdikdə 14.3 % artım olmuşdur. Abonent sayı artır. Hazırda ümumi istehlakçıların sayı 2 milyon 465 mini ötüb”.

 

Eyni zamanda cari ildə 62 yeni yaşayış massivinin qazlaşması da nəzərdə tutulub. Onlardan 48-də iş gedir, birinə isə qaz verilib".

 

Qeyd edək ki "Açıq qapı" aksiyasında facebook üzərindən vətəndaşların sualları da cavablandırılıb.

 

 

Nərmin Murad

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv