Şadlıq evinin qarşısında qan düşdü - ATA VƏ OĞLU BIÇAQLANDI
Bakıda şadlıq sarayının qarşısında ata-oğul bıçaqlanıb.
APA TV-nin məlumatına görə, hadisə Pirşağı qəsəbəsində yerləşən şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.
Qəsəbə sakini Həsən Nəsibov və oğlu Sərxan Nəsibovla ir neçə nəfərin arasında mübahisə düşüb. Həmin şəxslər ata ilə oğulu bıçaqlayıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hər ikisinin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.