Sağalmaz xəstəlikləri bu bitki ilə müalicə edirlər

Qrip ilin bütün fəsillərində xoşagəlməz sürpriz kimi peyda olur. Xüsusilə qış aylarında qapalı məkanlarda, havasızlıq mühitində qrip mənşəli viruslar özünü daha çox göstərir. Bu halda insanlar təbii olaraq həkimlərə üz tuturlar. Ancaq təbii yollarla müalicə üsulu seçənlər də var. Təbii müalicəyə üstünlük verənlər biyan kökündən də yararlanırlar. Biyan Orta Asiyada, Türkiyədə, İranda, Rusiyanın cənubunda, Hindistanda, Cənubi Avropada, elə Azərbaycanda da yabanı halda bitir. Hətta bəzilərimiz bunu “Azərbaycan jenşeni” olaraq tanıyırıq. Ancaq son illərdə ölkəmizdə ayırca biyan sahələri salınıb. Azərbaycandan dünyanın bir çox ölkələrinə biyan kökü ixrac olunur. Biyan kökünün faydaları haqqında danışan həkim terapevt Sübhan Hacıyev deyir ki, biyan kökünün tərkibində qlyukoza, nişasta, müxtəlif yağlar və digər faydalı maddələr var. Sübhan Hacıyevin sözlərinə görə, ağzın içində yara yaranarsa, biyan çayı ilə qarqara etmək məsləhətdir. Həkim onu da vurğuladı ki, Biyan kökündən istifadə xüsusilə şəkərli diabet xəstələri hamilələr və azyaşlı uşaqlara məsləhət deyil FİZZƏ İSMAYILOVA Zaur Səfərov APA TV

Müəllif | Apa.Tv
Apa.tv